Azərbaycanda dollar neçəyə satılır? - RƏSMİ

30 İyul 2025 09:23

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, iyulun 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0419 manat təşkil edib.

Rusiyanın 100 rublu 2,0923 manata kimi bahalaşıb, avro isə 1,9636 manatadək ucuzlaşıb.

Milli.Az