9 ayda 10 yaş qocaldılar - Görün səbəb nə imiş - VİDEO

29 İyul 2025 20:37

Amerikalı astronavtlar Buç Uilmor və Suni Uilyams 9 ay Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qaldıqdan sonra Yerə qayıdıblar.

Milli.Az xəbər verir ki, ikilinin bir neçə ay ərzində 10 yaş qocalmış kimi görünüşü görənləri heyrətləndirib.

Alimlərin fikrincə, uzun müddət sıfır cazibə qüvvəsinə məruz qalmaq məhz bu effekti yaradır. Astronavtlar kosmosda hər ay sümük kütləsinin 1 faizini itirirlər. Bu, Yer kürəsində bir il qocalmağa bərabərdir.

Astronavtlar günəş işığını görmədikləri üçün sümükləri zəifləyir. Hətta D vitamini əlavələri qəbul etmək də kifayət deyil. Üstəlik, sıfır çəkisi ilə yerimək və qaçmaq kimi əsas fəaliyyətləri belə yerinə yetirə bilmədiklərindən, əzələ kütlələri əriyir. Hətta Yerə qayıtdıqdan sonra tarazlığın itirilməsi və görmə problemləri kimi problemlər yaşaya bilərlər.

Uilmor və Uilyams hazırda müalicə prosesindədirlər. Onlar güc təlimi və psixoloji dəstəyi əhatə edən hərtərəfli reabilitasiya proqramı keçəcəklər. (Publika.az)

Milli.Az