İtaliyada ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları artıb.
Milli.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu il indiyədək 32 yoluxma və 2 ölüm hadisəsi qeydə alınıb. Bu, ötən illə müqayisədə xeyli artımdır. 2024-cü ildə cəmi 13 yoluxma olmuş, ölüm baş verməmişdi.
Virus yoluxmuş quşların qanı ilə qidalanan ağcaqanadların insanları sancması nəticəsində yayılır. Yoluxanların bir qismi qripə bənzər simptomlar keçirsə də, bəzi hallarda ensefalit və meningit kimi ağır nevroloji fəsadlarla nəticələnə bilər.
Asya
Milli.Az