Pirşağıda boğulan şəxs polis əməkdaşı imiş - FOTO

29 İyul 2025 16:15

Bu gün Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki ictimai çimərlikdə azyaşlı uşağı xilas etməyə çalışarkən dənizdə boğularaq həlak olan şəxsin polis əməkdaşı olduğu məlum olub.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, həyatını itirən şəxs Rüfət Adil oğlu Cabbarovdur.

R.Cabbarovun fotosunu təqdim edirik:

Milli.Az