Metronun iş saatı dəyişdi - SƏBƏB

29 İyul 2025 12:48

Bakı Metropoliteni iyulun 30-da "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasında İrlandiya təmsilçisi ilə oyunu ilə bağlı iş rejimində dəyişiklik edəcək.

Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna azarkeş marağını nəzərə alaraq "Gənclik", "Nərimanov" və "28 May" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" görüşü sabah saat 20:00-da başlayacaq.

Milli.Az