“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan

29 İyul 2025 00:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən Türkiyə sülhü dəstəkləyən bir siyasət yeridir.

"Rusiya-Ukrayna sülh masası Türkiyədə qurulacaq"

"Əgər ana müxalifət partiyasının başqanı kameralar qarşısında ölkəsini tənqid edib, qapalı qapılar arxasında sahib çıxıbsa, bu, müxalifətin milliləşməsi və yerli dəyərlərə yaxınlaşması baxımından əlbəttə ki, dəyərli bir addımdır. Biz bundan əsla narahat olmuruq."

"Rusiya-Ukrayna müharibəsinin ilk günündən sülh tərəfdarı olan bir siyasət izlədik. Danışıqlar masası necə İstanbulda quruldusa, sülh masası da Türkiyədə qurulacaq və bu qanlı müharibə sona çatacaq."

Lalə Qüdrətova
Milli.Az