Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

28 İyul 2025 12:34

"CBC TV" Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.

Milli.Az xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.

"Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq - hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir", - rus turislərdən biri deyir.

İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: "Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq". 

"Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb", - daha bir rusiyalı turis vurğulayıb.

Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib. 

Milli.Az