20:26
Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.
Oxu.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.
O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb. Lakin, R.Əliyev digər yeniyetmə - 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.
----------
11:16
Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində boğulma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, 2 nəfər dənizdə boğularaq ölüb.
Artıq 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlu DİN-in Daxili Qoşunlarının hərbçisi olub. O dənizdə 2 yeniyetmənin boğulduğunu görüb. Dərhal onları xilas etməyə çalışıb. Əvvəlcə yeniyetmələrdən birini boğulmaqdan xilas edib. R.Əliyev digər boğulmaqda olan digər yeniyetmə Ə.Cabbarovu da xilas etmək üçün geri qayıdıb və onu xilas edərkən hər ikisi suda boğulub.
Mehman Əsədov
Milli.Az