Bakı şəhərində su problemi müşkül məsələyə çevrilib.
Milli.Az xəbər verir ki, belə ki, paytaxtın bəzi qəsəbələrində suyun verilməsində məhdudiyyətlər yaranıb.
Elə rayonlar var ki, orada ümumiyyətlə günlərdir ki, sakinlər üzünə həsrət qalıb. Yayın qızmar keçdiyi zamanda insanları sanki su ilə sakit imtahana çəkirlər.
Bəs su problemi nə vaxt həll olunacaq?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sözcüsü Ceyhun Musaoğlu ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki mümkün olmadı.
Qeyd edək ki, bir müddət əvvəl yaranan problem Oğuz-Qəbələ-Bakı xəttində baş verən qəza ilə əlaqələndirilmişdi. Lakin həmin problemin həll olunduğu bildirilsə də, lakin paytaxtda sakinlərin su məsələsi öz həllini tapmayıb.
Aysel Əkbər
Milli.Az