Türkiyədə meşə yanğınlarına görə 21 nəfər həbs olundu

27 İyul 2025 19:20

Türkiyədə meşə yanğınları ilə bağlı 21 nəfər həbs edilib.

Milli.Az xəbər verir ki, Türkiyədə son həftələrdə baş verən meşə yanğınları ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində 21 nəfər həbs olunub.

Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Nazir bildirib ki, iyunun 26-dan iyulun 22-dək olan müddətdə 61 meşə yanğın hadisəsi ilə əlaqədar ümumilikdə 68 nəfər saxlanılıb. Onlardan 21-i barəsində həbs-qətimkan tədbiri seçilib, 47 nəfər isə məhkəmə nəzarəti altına alınıb.

Yanğınların daha çox Hatay, Manisa, Balıkesir və Bilecik əyalətlərində baş verdiyi qeyd olunub. Daxili işlər naziri Ali Yerlikaya bəzi yanğınların səhlənkarlıq və qaydalara əməl olunmaması səbəbindən çıxdığını bildirib.

Hazırda istintaq tədbirləri davam edir.

Milli.Az