Ozobiçin Azərbaycanda yeni klubu - Rəsmi

26 İyul 2025 22:41

"Turan Tovuz" növbəti transferini reallaşdırıb. 

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi Filip Ozobiçi heyətinə qatıb. Son olaraq "Neftçi"nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 

Rusiyada "Spartak", Xorvatiyada "Hayduk" və "Slaven" klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə "Qəbələ" və "Qarabağ"da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, "Turan Tovuz" daha öncə David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabeni ("İbiza", İspaniya) transfer edib.

 

Milli.Az