Rusiyada qəzaya uğramış "An-24" təyyarəsinin qara qutusu açıldı

26 İyul 2025 19:50

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb", - deyə DAK-ın məlumatında bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Milli.Az