Yanacaqdoldurma məntəqəsi yaxınlığında ağır qəza - FOTO

26 İyul 2025 18:07

Salyanda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb.

Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında "Mercedes" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada "Ford"un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az