Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Berliner Zeitung" nəşrinə verdiyi müsahibədə ABŞ-nin Zəngəzur dəhlizi layihəsində potensial iştirakı ilə bağlı şayiələri şərh edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu sualın Ermənistan tərəfinə verilməli olduğunu vurğulayıb.
"Onlar nələri müzakirə edirlər, biz bilmirik. Əgər onlar Amerika şirkətləri ilə əməkdaşlıq edirlərsə, bu onların işidir",- deyə Hacıyev bildirib.
"Biz öz ev işimizi görürük. Bütün qonşularımızla - Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi və təmaslarımızı genişləndiririk. Ümumi götürdükdə, belə əlaqələrin bütün region üçün faydalı olacaq. Əgər Ermənistan buna hazırdırsa, biz məmnuniyyətlə Trans-Qafqaz Nəqliyyat Dəhlizini (TND) birgə inkişaf etdirəcəyik", - deyə Prezidentin köməkçisi qeyd edib.
Milli.Az