Antalyanın Alanya rayonunda tanınmış həkimin tibb bacısı ilə qeyri-etik görüntüləri sosial media hesabında paylaşılıb.
Milli.Az xəbər verir ki, qısa müddətdə gündəmə çevrilən qalmaqalla bağlı həkimdən maraqlı açıqlama gəlib.
Onun sözlərinə görə, video süni intellektlə hazırlanıb:
"Vacib açıqlama! Sosial media hesabım qısa müddətlik ələ keçirilib. Süni intellektlə hazırlanmış, həqiqətə uyğun olmayan və qeyri-etik bir görüntü paylaşılıb. Bu paylaşım mənə aid deyil və tamamilə saxtadır. Zəhmət olmasa, qarşılaşdığınız hər görüntüyə dərhal inanmayın. Mövzu ilə bağlı bütün hüquqi addımlar atılıb".
Məlumata görə, həkimin videosu A.D. ilə münasibətləri pozulan tibb bacısı tərəfindən yayıldığı iddia olunur.
Kənan
Milli.Az