Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoxa çıxan zəvvarların İranla əlaqəli olduğu bildirilib. Bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə - "Zeynəbiyyun" və "Fatimiyun" adlı hərbi qruplaşmalara cəlb olunub.
Bu qruplar uzun illərdir Pakistan və Əfqanıstan gənclərini ziyarət adı ilə İrana gətirir, daha sonra isə onları SEPAH-a məxsus hərbi təlim düşərgələrinə yerləşdirərək müxtəlif hərbi və ideoloji təlimlərə cəlb edirlər.
Milli.Az