Azərbaycanda bu ərazilərdə yanğınlar başladı - Helikopterlər cəlb olundu

26 İyul 2025 11:40

Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar başlayıb.

Milli.Az xəbər verir ki, hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları, həmçinin aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində də yanğınlar olduğu bildirilir.

Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Milli.Az