Silahlı şəxslər İranın cənub-şərqində yerləşən Zəhidan şəhərindəki məhkəmə binasına hücum ediblər.
Milli.Az xəbər verir ki, hadisə iyulun 25-də baş verib. Silahlılar binaya daxil olaraq atəş açıblar. Hücum nəticəsində azı 2 təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. İran hakimiyyəti hücum edənlərin kimliyini və motivlərini araşdırır. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Zəhidan şəhəri Sistan-Bəluçistan əyalətində yerləşir və burada tez-tez silahlı toqquşmalar baş verir.
İsmayıl
Milli.Az