“Mançester Siti” 40 milyona qapıçı transfer etdi

25 İyul 2025 21:13

"Mançester Siti" yeni qapıçı transfer edib.

Milli.Az xəbər verir ki, "şəhərlilər" "Bernli"dən Ceyms Traffordu heyətinə cəlb edib.

Bu transfer üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəniləcək. 

Qeyd edək ki, "Mançester Siti"nin yetirməsi olan ingiltərəli qolkiper 2023-cü ildən "Bernli"də çıxış edir.

 

Milli.Az