İnsanların yuxularında gördükləri rəmzlər, xüsusilə yeməklə bağlı görüntülər, əsrlər boyu maraq və suallar doğurub. Xüsusilə də şirniyyatlar arasında özəl yerə sahib olan paxlavanın yuxuda görünməsi bir çox insan tərəfindən xoş əlamət kimi qəbul edilir. Bəs yuxuda paxlava yemək nə deməkdir?
Milli.Az xəbər verir ki, bu barədə psixoloq və yuxu simvolları üzrə tədqiqatçı Dr. Elif Karaca açıqlama verib.
Onun sözlərinə görə, paxlava kimi zəngin və dadlı şirniyyatların yuxuda görülməsi insanın şüuraltında xoşbəxtlik, bolluq və arzuolunan sevinc anları ilə əlaqələndirilir.
"Yuxuda paxlava yemək, çox zaman həyatınızda sizi gözləyən müsbət dəyişikliklərə, ailə daxilində sevindirici xəbərlərə və ya sosial münasibətlərdə istiliyin artmasına işarə edə bilər", - deyə Karaca bildirib.
Mütəxəssisin fikrincə, bu cür yuxular həm də insanın emosional ehtiyaclarını, diqqət və sevgi gözləntisini simvolizə edə bilər:
"Əgər bir insan yuxuda paxlavanı böyük həvəslə yeyirsə, bu, real həyatda dad və duyğu axtarışında olduğuna, bəlkə də uzun müddətdir özünü mükafatlandırmadığına işarədir", - deyə o əlavə edib.
Ənənəvi təfsirlərə görə...
Xalq arasında isə yuxuda paxlava görmək daha çox ruzinin artması, qonaqlıq, toy və ya nişan xəbəri, bəzən isə gözlənilməz bir sevincli görüş kimi yozulur. Paxlavanın kim tərəfindən verildiyi və necə təqdim olunduğu isə yuxunun mənasına əlavə çalarlar qatır.
Kənan
Milli.Az