"Tarqovı"da transformator partladı - İşıqlar kəsildi

25 İyul 2025 11:53

Bu gecə Bakının mərkəzində,  "Tarqovı" kimi tanınan Nizami küçəsində elektrik enerjisinin verilişində problem yaranıb.

Milli.Az xəbər verir ki, ilkin məlumata görə, transformatorlardan birində baş verən partlayış nəticəsində ərazidə genişmiqyaslı işıqsızlıq müşahidə olunur.

Nəticədə bir sıra ictimai iaşə obyektləri, o cümlədən restoran və mağazalar fəaliyyətini müvəqqəti dayandırıb./news24.az

Milli.Az