27 min vətəndaşın şəxsi məlumatlarını satan şəxs belə saxlanıldı - Əməliyyat VİDEOsu

25 İyul 2025 11:47

Rusiya polisi 27 min rusiyalının şəxsi məlumatlarını satan şəxsi saxlayıb.

Milli.Az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Vologda sakini olan bir kişinin 27 min rusiyalının şəxsi məlumatlarını qanunsuz satdığı üçün tutulduğunu açıqlayıb.

Şəxsin telefon məlumat bazalarını Ukraynada olan dələduz çağrı mərkəzlərinə satdığı bildirilir. Bu məlumatlarla fırıldaqçılar insanları inandıraraq dövlət xidmətlərinə giriş kodlarını almağa çalışıblar.

O, məlumatları kriptovalyuta ilə satıb. Saxlanıldıqdan sonra polis onun evində kompüter, telefon və digər elektron avadanlıqları götürüb.

İş üzrə cinayət işi açılıb və araşdırma davam edir.

İsmayıl
Milli.Az