Azərbaycan sərhədində yeni müharibə - Qoşunlar hazır vəziyyətə gətirildi

24 İyul 2025 16:31

"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə yenidən zərbə endiriləcək".

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bunu İsrail Knessetinin spikeri Amir Ohan bildirib.

"Ayətullah rejimi dayanmayıb, bundan sonra da belə davam edərsə, yenidən zərbə endirməli olacağıq", - İsrail rəsmisi vurğulayıb.

Bu arada İran İnqilab Keşikçiləri Qvardiyasə Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkiyan isə atəşkəsin davamlılığına inanmadığını bildirib. Q qeyd edib ki, İranda uranın zənginləşdirilməsi prosesi davam edir:

"İranın nüvə proqramı dayanmayıb. Onun başa çatdığından danışmaq illüziyadır".

Milli.Az