Müğənni çəkiliş zamanı atdan yıxıldı - Yaddaşı itdi - FOTO

24 İyul 2025 16:39

Türkiyəli müğənni Pınar Yıldız yeni mahnısının klip çəkilişləri zamanı ciddi xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə Artvində baş verib. Çəkiliş zamanı atdan yıxılan müğənni qısamüddətli yaddaş itkisi keçirib və dərhal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Pınar Yıldız bir müddət müalicə aldıqdan sonra çəkilişlər yarımçıq qalıb. Daha sonra klipin qalan hissəsi İstanbulda tamamlanıb.

Qeyd edək ki, müğənninin səhhəti hazırda sabitdir və sənət fəaliyyətini davam etdirir.

Milli.Az