Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi

24 İyul 2025 13:53

Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 2023-cü ildə ləğv edilmiş Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi. X.Kazımlının beş övladı var. O, Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.

Milli.Az