Eldar Əzizov bələdiyyə sədrini rəis təyin etdi

24 İyul 2025 12:40

Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Məmmədov Rəcəb Rəfael oğlu təyinat alıb.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ramana bələdiyyəsinin sədri olub./unikal.az

Milli.Az