Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

24 İyul 2025 00:21

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Gülşən adlı qız yaşadığı evin həyətində boğularaq ölüb.

İlkin məlumata görə, 15 yaşlı qızın boğazı həyətdəki yelləncəyin kəndirinə ilişib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.


Milli.Az