Faciəvi şəkildə ölən Fəridi yad etdilər

23 İyul 2025 20:55

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə oynayan "Zirə" "Neftçi Arena"da keçirdiyi oyundan öncə təsirli addım atıb. 

Milli.Az xəbər verir ki, futbolçular meydana bir neçə gün öncə dənizdə boğulan klub akademiyasının üzvü Fərid Şahverdiyevin forması ilə çıxıb.

Qeyd edək ki, akademiyanın U-16 komandasının üzvü Şüvəlan çimərliyində faciəvi şəkildə ölmüşdü.

 

Milli.Az