İstanbulda Türkiyə-Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb - yenilənib - FOTO

23 İyul 2025 22:53

22:53

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar İstanbulda yekunlaşıb.

APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətlərinin tam tərkibdə görüşü yerli vaxtla saat 20:37-də başlayıb və təxminən 40 dəqiqə davam edib.

---------
20:39

İstannulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, görüş yerli vaxtla 19:00-da başlayıb.

Daha sonra, Rusiya və Ukrayna nümayəndə heyətlərinin ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Milli.Az