Paytaxtda 2 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

23 İyul 2025 16:40

24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

"Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - "Sədərək" ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq", - qurumdan qeyd olunub.

Milli.Az