Rusiya ordusu daha bir yaşayış məntəqəsini ələ keçirdi

23 İyul 2025 15:47

Rusiya ordusu Ukraynanın Sumı vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində Rusiyanın "Şimal" qoşun qruplaşmalarının hərbçiləri Sumı vilayətinin Varaçino yaşayış məntəqəsini nəzarət altına alıblar.

Milli.Az