Oktyabrın sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ediləcək

23 İyul 2025 12:43

Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

"Hazırda böyük layihələrimizdən biri ictimai nəqliyyatda bütün bank kartlarından ödənişlərin QR formada həyata keçirilməsidir", - o qeyd edib.

Milli.Az