Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.
Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.
Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.
Araşdırma aparılır.
Milli.Az