Moskvada "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı rüşvət verməkdə şübhəli bilinərək saxlanılıblar.
Milli.Az xəbər verir ki, bunu TASS-a Rusiya İstintaq Komitəsindən deyiblər.
Məlumata görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron informasiya daşıyıcıları aşkar edilərək götürülüb.
Daha əvvəl nəşrin iki əməkdaşı sərbəst buraxılmışdı.
Milli.Az