22:38
Bakı şəhəri, Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib. Yaxınları bildirir ki, hadisədən əvvəl Mais Cəfərovun maşınında nasazlıq yaranıb. Hadisə o, maşını saxlayıb düşən zaman baş verib.
Dünyasını dəyişən 45 yaşlı musiqiçi Mais Cəfərov Ağcabədidə torpağa tapşırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edir.
-----------
14:20
Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal"ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.
Milli.Az