33 rusiyalı Türkiyədə qəzaya düşdü

22 İyul 2025 17:40

Türkiyənin Side bölgəsində 33 rusiyalı turisti daşıyan avtobus qəzaya düşüb.

Milli.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, onlar ciddi xəsarət almayıb:

"Antalya hava limanından Sideyə gedən turistləri daşıyan avtobus yoldakı maneəyə çırpılıb. Avtobusda Rusiyadan olan 33 turist olub. Qəza nəticəsində turistlərdən heç biri ciddi xəsarət almayıb". (axar.az)

Milli.Az