Hacıqabulda TIR aşdı, taxıl yola dağıldı - VİDEO

22 İyul 2025 11:44

Hacıqabulda iri yük avtomobili TIR aşıb.

Milli.Az xəbər verir ki, hadisə Bakı istiqamətində, "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb.

Taxıl daşıyan TIR qəfil aşıb və kuzovdakı bütün yük yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.

Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.