Günelin ailəsində ağır itki - FOTO

22 İyul 2025 10:30

Müğənni Günel Zeynalovanın ailəsində ağır itki üz verib. 

Milli.Az xəbər verir ki, sənətçinin əmisi dünyasını dəyişib.

Günel "Ən böyük əmim, Əfi... Mən sənə Əficik deyirdim. Çox gözəl insan idin, səni çox sevirəm. Bu dünyadan əbədiyyətə köçdün. Ölümə inanmayan biri olaraq ən sonda hamımız görüşəcəyik. Əmilərimin hamısı mənim üçün dəyərlidir. Allah geridə qalanlara can sağlığı versin" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, Günelin atası musiqiçi Rəhman Zeynalovdur.(axşam.az)

Milli.Az