İstanbulda sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən öldürüldükdən sonra meyiti çamadanın içində tapılan Ayşə Tokyazın ölümündən əvvəl çəkdiyi video üzə çıxıb.
Milli.Az xəbər verir ki, mərhumun ölümündən əvvəl çəkdiyi videonu bacısı Tokyaz paylaşıb.
Videoda Tokyazın "Bir gün ölsəm, bu videonu sevdiklərimə danışarsınız. Hamınızı çox sevirəm, amma haqqımı halal etmədiyim bir neçə insan da var" dediyi əks olunub.
Qeyd edək ki, İstanbulun Küçükçekmece rayonunda öldürülərək Eyüpsultanda yol kənarında çamadanın içində tapılan universitet tələbəsi olan 22 yaşlı Ayşe Tokyazın ölümü bütün Türkiyədə böyük rezonans doğurub. Vəhşicəsinə törədilən qətllə bağlı sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç və onunla birlikdə olan 6 şübhəli həbs edilərək həbsxanaya göndərilib.
Kənan
Milli.Az