Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı - VİDEO

22 İyul 2025 00:30

Türkiyədə xına gecəsində ərini qısqanan gəlin xınanı bəyin əlinə özü yaxıb. Qısa müddətdə viral olan görüntülərə "xına hazırlayan deyəsən ərinə vurulmuşdu" kimi şərhlər yazılıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan bir xına gecəsi videosu qısa zamanda gündəm olub.

Kadrlarda xına mərasimi zamanı bəyin əlinə xına yaxmaq istəyən qıza gəlin mane olur. Ərini qısqandığı aydın olan gəlin xınanı ona vermək əvəzinə, bəyin əlinə öz əlləri ilə çəkir.

Həmin anlar sosial mediada milyonlarla dəfə izlənilib. Videoya yazılan digər şərhlər də diqqət çəkib. 

Kənan
Milli.Az