Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir

21 İyul 2025 23:14

Almaniya yaxın vaxtlarda iki "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya ABŞ-nin keçmiş Prezidenti Donald Tramp administrasiyası ilə bu sistemlərin yeniləri ilə əvəz olunması məsələsində prinsipial razılıq əldə edib.

Razılaşmaya əsasən, Almaniya Ukraynaya iki "Patriot" batareyası göndərəcək, əvəzində həmin sistemlər ABŞ-ın sənaye ehtiyatlarından təmin ediləcək.

Kənan
Milli.Az