Arxeoloji məlumatların sistemli elektron bazası yaradılacaq

21 İyul 2025 17:07

Artıq son illərdə arxeologiya sahəsində süni intellekt tətbiq edilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

Direktorun sözlərinə görə, peykdən alınan məlumatların analizi nəticəsində yerin və suyun altında abidələrin yerlərinin təyinində, həmçinin, arxeoloji tədqiqatların yekunlarının, yazılı və arxeoloji məlumatların müqayisəsi kimi iri həcmli bilgilərin analizində süni intellektdən istifadə edilməkdədir.

"Buna görə də biz imkanlarımız çərçivəsində arxeoloji məlumatların hər hansı formatda sistemli elektron məlumat bazası yaradılmasını planlaşdırırıq. Süni intellektin effektiv tətbiqi üçün ilk əvvəl belə bir məlumat bazası olmalıdır", - deyə F.Quliyev qeyd edib.

Milli.Az