Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər? - Şəxsi məlumatlar təhlükədə

21 İyul 2025 19:00

Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərdarlıq mesajları narahatlıq yaradıb: "Süni intellekt sistemləri WhatsApp qruplarındakı yazışmalara və şəxsi məlumatlara çıxış əldə edə bilər."

Milli.Az xarici mediaya istinadla xənbər verir ki, ekspertlər bildirir ki, WhatsApp və Signal kimi şifrələnmiş platformalarda bu risk azdır. Lakin Telegram, Facebook Messenger və bəzi SMS tətbiqləri şifrələnmədiyi üçün bu platformalardakı məlumatlara süni intellekt texnologiyaları tərəfindən server səviyyəsində giriş mümkündür.

Əlavə risklər:

Proqram icazələri ilə (kamera, mikrofon, qalereya və s.) şəxsi məlumatlar paylaşılır.

Bulud yedəklərində (Google Drive, iCloud) məlumatlar şifrəsiz saxlanırsa, süni intellekt bu veriləri analiz edə bilər.

Bəzi ölkələrdə (Çin, Rusiya, Hindistan) süni intellekt sistemləri dövlət nəzarəti altında şəxsi məlumatlara çıxış əldə edə bilir.

TikTok, CapCut, Instagram kimi tətbiqlər "efekt üçün" icazə alaraq galereya və üz tanıma məlumatlarını toplaya bilər.

Milli.Az