Yayın sonuna qədər dəlicəsinə aşiq olacaq 3 BÜRC

21 İyul 2025 09:34

Yay ayları romantikanın, ehtirasın və yeni başlanğıcların mövsümüdür. Bəzi bürclər üçün isə bu yay sevgidə əsl fırtına gətirəcək.

Milli.Az xəbər verir ki, ulduzlar göstərir ki, yayın sonuna qədər bu üç bürc nümayəndəsi dəlicəsinə aşiq ola bilər!

Əqrəb

Əqrəblər üçün sevgi bu yay sirli və dərin olacaq. Bəzi münasibətlər onların həyatında sarsıdıcı dönüş nöqtəsinə çevrilə bilər. Əqrəblər tədricən yox, bir anda və bütün varlıqları ilə aşiq olacaqlar. Qarşılarına çıxacaq biri onların daxili dünyasına toxunacaq və Əqrəblər bu cazibəyə müqavimət göstərə bilməyəcək.

Şir

Şirlər üçün yay mövsümü adətən özlərini parlatmaq dövrüdür. Bu dəfə isə onların qəlbləri işıq saçacaq. Gözlənilməz bir tanışlıqdan sonra Şir bürcünün nümayəndələri emosiyalarını gizlətmədən, bütün ehtirasları ilə sevməyə başlayacaqlar. Hətta onlar üçün bu yay eşqin ən parlaq dövrünə çevrilə bilər.

Tərəzi

Harmoniya və gözəlliyə aşiq olan Tərəzilər, yayın sonunda ürəklərini heç gözləmədikləri birinə verə bilərlər. Bu bürcün insanları romantikanı hiss etdikləri anda bağlanırlar. Bu yay Tərəzilər üçün dərin və hisslərlə dolu bir eşqin başlanğıcı ola bilər.

Milli.Az