Qonşu ölkədə güclü zəlzələ oldu

21 İyul 2025 09:51

Kamçatkada 5,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin Teleqram kanalında yayılıb.

Bildirilir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 175 kilometr aralıda, 22,5 kilometr dərinlikdə qeydə alınıb.

Kənan
Milli.Az