Rusiyanın Yakutiya vilayətində avtobus 25 metr hündürlükdən uçuruma yuvarlanıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, daha yeddi nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə iyulun 21-nə keçən gecə baş verib. Belə ki, "Vostoçnaya Denisovskaya" mədəninin işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.
Ümumilikdə avtobusda təxminən 36 nəfərin olduğu bildirilir. Hadisə yerində xilasedicilər cəlb olunub və hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır./APA
Milli.Az