Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO

21 İyul 2025 00:43

Türkiyədə Ağrıdan İzmirə hərəkət edən sərnişin avtobusu, yağış səbəbindən sürüşkən hala gələn yolda idarəetmədən çıxıb.

Yolun sağ tərəfindəki yamaca çırpıldıqdan sonra nəzarətdən çıxan avtobus aşıb və bir neçə metr sürüşdükdən sonra yenidən öz-özünə təkərləri üzərində dayanıb. Hadisə yerinə dərhal çoxsaylı təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. 

Qəza zamanı həyatını itirən 4 nəfərin kimliyi müəyyən edilib. Hadisə yerində Selime Bazan (54), Gülay Aydın (22) və Muteber Duran (54) həlak olub, Yusuf Tanrıkulu (21) isə xəstəxanada vəfat edib.

Son məlumata əsasən, yaralı sayı 40 nəfərə yüksəlib, onlardan 2 nəfərin vəziyyəti ağırdır. Bəzi sərnişinlərin dediyinə görə, qəza zamanı bölgədə intensiv yağış yağıb və avtobusun döngəyə sürətlə girməsi qəzanın səbəblərindən biri olub.


Lalə Qüdrətova
Milli.Az