01:07
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.
Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
--------
23:47
Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasının eyvanında mübahisə baş verib.
Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, Heydər Əliyev prospekti, 30-cu məhəllədə naməlum şəxs eyvanda digər şəxsi bıçaqla hədələyib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az