Ağstafada kran aşdı - xəsarət alanlar var

20 İyul 2025 20:57

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımov idarə etdiyi "KAMaz" markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibovdur.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az