İndoneziya sahillərində sərnişin gəmisi yanıb - ölənlər var - yenilənib - VİDEO

20 İyul 2025 23:20

23:20

BBC-nin məlumatına görə, İndoneziyanın Sulvesi adasının sahillərində bərə yanğını nəticəsində azı 5 nəfər ölüb, 284 nəfər xilas edilib.

İndoneziya Hərbi Dəniz Qüvvələri "KM Barselona VA" adlı gəmidən kəsin çıxarıldığını bildirib.

Yanğının səbəbi hələlik məlum deyil.

----------
18:24

İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu həyatlarını xilas etmək üçün dənizə atılıbıar.

Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir.

Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib. Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.

Milli.Az